Keçid linkləri

Təcili xəbərlər
2021, 01 Mart, Bazar ertəsi, Bakı vaxtı 21:46

Amnesty İrandakı edamları pisləyir


Nyu Yorkda İrandakı edamlara etiraz aksiyası, arxiv fotosu

-

Amnesty International bu ilin əvvəlindən İranda edamların “misli görünməmiş səviyyədə artması” barədə xəbərdarlıq edib. Londonda yerləşən insan haqları qrupu iyulun 23-də bildirib ki, yanvarın 1-dən iyulun 15-dək 694 nəfərin edam olunduğu güman olunur. Bu, rəsmi rəqəmdən 3 dəfə çoxdur.

Amnesty etibarlı mənbələrə əsasən bildirir ki, ötən il İranda azı 743 nəfər edam olunub. Qurum ölüm hökmlərinin “tamamilə qeyri-müstəqil və qərəzli” məhkəmələr tərəfindən çıxarıldığını bəyan edir.

“Ölüm hökmləri ya anlaşılmaz sözlərlə ifadə olunan, ya da heç cinayət tərkibi olmayana pozuntulara görə verilir,” bəyanatda deyilir.

XS
SM
MD
LG