Keçid linkləri

2017, 29 May, Bazar ertəsi, Bakı vaxtı 17:29

İncirlikdən İD-ə zərbələr endiriləcək


F-16 qırıcısı İncirlik bazasına yaxınlaşır, arxiv fotosu

-

Məlumatlara görə, Türkiyə prezidenti Recep Tayyip Erdogan ABŞ qüvvələrinin ölkənin cənubşərqində yerləşən İncirlik hava bazasından İslam Dövlət yaraqlılarına qarşı hava zərbələri endirməsinə razılaşıb.

ABŞ müdafiə rəsmiləri deyirlər ki, razılıq iyulun 23-də Erdogan-la Prezident Barack Obama-nın telefon danışığında əldə olunub. Bir neçə gün öncə İD yaraqlılarının hücumu nəticəsində Türkiyənin sərhəd şəhərində onlarla adam ölüb.

Məlumatlarda deyilir ki, ABŞ hərbi təyyarələri, eləcə də pilotsuz qurğularının İncirlikdən İD yaraqlılarını vurmasına icazə veriləcək.

Ağ Ev bu razılaşma barədə şərh verməkdən imtina edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG