Keçid linkləri

2024, 17 İyun, Bazar ertəsi, Bakı vaxtı 01:54

Azərbaycanlı futbolçu "Malaqa"ya keçə bilər


Qara Qarayev
Qara Qarayev

-

"Əlincə" klubunun futbolçusu Qara Qarayev "Malaqa"nın U-19 komandasında ilk məşqinə çıxıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Qara Qarayev məşqdən razı qaldığını, yaxşı qarşılandığını və hər şeydən məmnun olduğunu deyir.

Gənc futbolçu bildirib ki, bu ilk və çətin məşq olsa da heç bir çətinlik çəkməyib.

Goal.az xəbər verir ki, Türkiyənin "Beşiktaş" komandasının ardından bu dəfə İspaniyanın "Malaga" klubu Qara ilə maraqlanır.

Futbolçunun oyununu izləyən ispanlar onu İspaniyaya dəvət edib.

4 aylıq məşqləri AFFA maliyyələşdirir.

Əgər "Malaqa" onun məşqlərdəki oyununu bəyənsə, alış üçün "Əlincə" klubu ilə danışıqlar başlana bilər.

XS
SM
MD
LG