-
Belarus prezidenti Aleksandr Lukashenko məşhur fransalı aktyor və Rusiya vətəndaşı Gerard Depardieu-yə dəryazla ot biçdirib.
Bu iyulun 22-də prezidentin Minsk ətrafındakı iqamətgahında telekameraların qarşısında baş verib.
Bundan sonra aktyoru ənənəvi Belarus yeməyi və evdə çəkilmiş “samaqon” a qonaq ediblər.
1994-cü ildən Belarusda hakimiyyətdə olan Lukashenkonu Avropanın sonuncu dikdatoru adlandırırlar.
Depardieu 2013-cü ildən Rusiya vətəndaşıdır və dəfələrlə Rusiya prezidenti Vladimir Putinə dəstək nümayiş etdirib.
Ukrayna hakimiyyəti isə onu arzuolunmazların “qara siyahı”sına salıb.