Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:02

Yazıçılar vakumda yaranmır, onlar şahidlərdir...


E.L. Doctorow, Praqa, 2007-ci il
E.L. Doctorow, Praqa, 2007-ci il

- “Yazıçılar vakumda yaranmır, onlar şahidlərdir. Yazıçılara ehtiyacımız onların bu dəhşətli dövrün şahidləri olmasından irəli gəlir.”

"Yazmağı planlaşdırmaq - yazmaq deyil. Qeydlər götürmək, araşdırma aparmaq, insanalra indi nə iş gördüyünü demək... - bunların heç birisi yazmaq deyil. Yazmaq - yazmaqdır."

"Ragtime" romanını yazan

Tanınmış amerikalı yazıçı, dünyada “Ragtime”, “Billy Bathgate” və “The March” kimi tarixi romanları və eksperimental üslubuyla tanınan E.L.Doctorow (Edqar Lorens Doktorou) 84 yaşında vəfat edib.

"Onun nəsr üslubu qeyri-adi idi, bu da ona yaradıcı eksperimentator adı qazandırmışdı" - dünya mətbuatı yazır. "Ragtime" romanına görə çoxlu mükafat alıb. Bu roman türkrus dillərinə də tərcümə edilib.

"E.L.Doctorow Amerikanın ən böyük romançılarından idi. Onun kitabları mənə çox şey öyrədib. Onun yeri görünəcək” – prezident Barak Obama deyib.

Yazıçının seçmə cümlələri:

“Yazıçı vakumda yaranmır. Yazıçılar şahidlərdir. Yazıçılara ehtiyacımız onların bu dəhşətli dövrün şahidləri olmasından irəli gəlir.”

“20-ci yüzildə ən çox inkişaf etmiş şəxsi münasibət insan və dövlət münasibətləridir. Hakimiyyətlərlə insanların münasibəti çox intimləşib, çox vaxt hakimiyyətlərin ziyanına işləyri bu fakt.”

“İztirab mənəvi qabiliyyət deyil. Zülüm altında yaşamamalıdır insan.”

“Mənim siyasətim İncil siyasətidir: öldürmək, oğurlamaq olmaz və bu kimi şeylər.”

"Yazmağı planlaşdırmaq - yazmaq deyil. Qeydlər götürmək, araşdırma aparmaq, insanalra indi nə iş gördüyünü demək... - bunların heç birisi yazmaq deyil. Yazmaq - yazmaqdır."

“Yeni oxucu sənin əsərində sənin özünü tapa bilməməlidir, çox oxumuş oxucu bir azca tapa bilər.”

"Daha bədii ədəbiyyat, ya elmi-kütləvi ədəbiyyat fərqləri yoxdur. Artıq yalnız nəqletmə (narrasiya) var."

“Mənim üslubum yoxdur, kitablarımın üslubları var. Hər biri özünə ayrı təqdimat metodu tələb edir.”

“Vergülləri sevirəm, nöqtəli vergülləri isə yox. Dırnaq işarələrini də çoxdan tərgitmişəm. Onlara ehtiyacım yoxdur, onlar səhifəni zibilləyir.”

“Yazmaq şizofreniyanın ictimai qəbul olunmuş bir növüdür.”

XS
SM
MD
LG