Moskvada Mixail Talin şərəfinə keçirilən nüfuzlu şahmat turnirinin birinci mərhələsi sona çatıb. Azərbaycanı təmsil edən Şəhriyar Məmmədyarov sonuncu-9-cu partiyada da xalları yarı bölməklə xalını 4,5-ə çatdırıb ki, bu nəticə də ona 5-7-ci yerləri bölüşmək imkanı verib. Məmmədyarov ümumilikdə 18 şahmatçının qatılacağı blits-turnirdə də gücünü sınayacaq.