-
Azərbaycanda yaşayan azsaylı xalqların milli geyimləri ilə bağlı sərgi təşkil ediləcək.
Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, sərgi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin təşkilatçılığı ilə bu ilin payızında keçiriləcək.
Sərgiyə hazırlıq işləri gedir.
Ötən il bu qurum «Azərbaycan milli geyimləri rəssamların gözü ilə» mövzusunda respublika sərgisi keçirmişdi.
Hazırda bu sərginin kataloqu hazırlanır.