Keçid linkləri

2024, 11 Oktyabr, Cümə, Bakı vaxtı 19:34

AZAL: “Bəzi reyslər bağlana bilər”


-

"Aviabiletlərin qiymətləri elə səviyyədə olmalıdır ki, çəkilən xərc maya dəyərini qarşılasın."

Bunu iyulun 22-də keçirilən mətbuat konfransında "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) vitse-prezidenti Arif Məmmədov deyib.

Onun sözlərinə görə, qiymətlərin aşağı salınması bəzi reyslərin bağlanmasına səbəb ola bilər:

"Ola bilsin ki, bəzi aviareyslərin biletləri 20%-dən də aşağı salınsın. Bu, həmin reyslərin bağlanmasına səbəb olacaq. Əgər bir təyyarə 2 saatdan artıq uçursa və onun biletinin qiyməti 99 avrodan aşağıdırsa, bu, onun xərclərini ödəmir".

İyulun 21-də "Azərbaycan Hava Yolları" QSC-nin İdarə Heyətinin kollegiyasının qapalı iclası keçirilib.

Qərar qəbul olunub ki, bəzi istiqamətlər üzrə aşağı büdcəli sərnişindaşıma xətlərinin yekun satış qiyməti bir tərəfə 99 avrodan çox olmasın.

Əgər bir təyyarə 2 saatdan artıq uçursa və onun biletinin qiyməti 99 avrodan aşağıdırsa, bu, onun xərclərini ödəmir.

Bundan əlavə, “Azərbaycan Hava Yolları”nın bütün mövcud reyslərində cari qiymətlərin azaldılmasına yönəlmiş yeni tarif siyasətinin tətbiq olunmasına dair qərar qəbul edilib.

Bu tarif siyasəti yeni lou-koster istiqamətlərə şamil olunmayacaq.

Bu ilin avqustun 1-dən etibarən “Azərbaycan Hava Yolları”nın bütün istiqamətləri üzrə minimal cari ekonom-klass tariflərinə 20 faiz endirim tətbiq olunacaq.

Bu tarif üzrə satılan biletlərin sayı təyyarədə yerlərin 30 faizini təşkil edəcək.

XS
SM
MD
LG