Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 06:30

Beynəlxalq Banka yeni sədr seçildi


Beynəlxalq Bank
Beynəlxalq Bank

-

Beynəlxalq Bankın İdarə Heyətinin sədri vəzifəsinə Elmar Məmmədov seçilib.

Bu barədə report.az məlumat yayıb.

Bildirilir ki, iyulun 22-də Azərbaycan Beynəlxalq Bankı ASC-nin Müşahidə Şurasının iclası keçirilib.

İdarə Heyətinin sədri vəzifəsinə üç nəfərin namizədliyi qeydə alınıb. Onlardan biri «Kapital Bank» ASC-nin keçmiş, «Azəri-Türk Bank» ASC-nin indiki rəhbəri Elmar Məmmədov, ikincisi Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti, «Aqrarkredit» Səhmdar Kredit Təşkilatının İdarə Heyətinin sədri Məmməd Musayev və üçüncü əsas namizəd isə Azərbaycan Mərkəzi Bankının baş direktoru Rəşad Orucov olub.

ABB-nin bundan əvvəlki sədri Cahangir Hacıyev idi. O, bu il martın 18-də «səhhəti ilə əlaqədar» postunu tərk edib.

XS
SM
MD
LG