Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:41

AzAL-ın binasını dövlət tikmir


AzAL
AzAL

-

AzAL-ın yeni inzibati binasının tikintisinə dövlət büdcəsindən hər hansı vəsait ayrılmayıb.

Bunu Trend-in sorğusuna cavabında Maliyyə Nazirliyinin mətbuat katibi Mais Piriyev deyib.

Bəzi kütləvi informasiya vasitələrində «Azərbaycan Hava Yolları» QSC-nin (AZAL) yeni inzibati binasının tikintisinin dövlət büdcəsinin vəsaiti hesabına aparılması ilə bağlı xəbərlər dərc olunub.

Bu məsələyə münasibətdə Mais Piriyev deyib ki, AzAL-ın yeni inzibati binasının tikintisinə indiyədək dövlət büdcəsindən hər hansı vəsait ayrılmayıb və gələcəkdə də ayrılması nəzərdə tutulmayıb.

«Dövlət büdcəsindən adətən aerovağzal binalarının, aeroportun uçuş-enmə zolağının tikintisində AzAL-a dəstək göstərilir. Eyni zamanda, QSC-yə təyyarə parkının yenilənməsi ilə əlaqədar maliyyə yardımı və kreditlərin cəlb olunmasında dəstək verilir», - M.Piriyev əlavə edib.

XS
SM
MD
LG