Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 14:01

Milli mətbuatın 140-cı ildönümüdür


Həsən bəy Zərdabi
Həsən bəy Zərdabi

-

Azərbaycanda ilk mətbu orqanın - əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş «Əkinçi» qəzetinin nəşrə başladığı gündən 140 il ötür. Ölkədə 22 iyul Milli Mətbuat Günü kimi qeyd olunur.

1875-ci il iyulun 22-dən nəşrə başlayan «Əkinçi»nin cəmi 56 sayı işıq üçü görüb. Əsasən maarifçilik missiyası daşıyan bu qəzet həm ziyalı təbəqə, həm də sadə insanlar arasında məşhur olub. Dövrün görkəmli ziyalıları qəzetlə əməkdaşlıq edib. Qəzetin nəşrini Çar Rusiyası dayandırıb.

Hazırda Azərbaycanda yüzlərlə qəzet və jurnal nəşr olunur, internet televiziya yaranır.

Rəsmilər ölkədə söz və mətbuat azadlığının tam təmin olunduğunu deyirlər.

Amma əksər beynəlxalq hesabatlarda Azərbaycan hakimiyyəti ölkədə söz və mətbuat azadlığını məhdudlaşdırdığına görə sərt tənqid olunur.

Hazırda Azərbaycanda azı 9 jurnalist həbsdədir. Onlara qarşı müxtəlif ittihamlar irəli sürülsə də, əslində öz yazılarına, jurnalist fəaliyyətlərinə görə həbs olunduqları həm yerli müstəqil, həm də beynəlxalq qurumların bəyanatlarında əksini tapıb.

XS
SM
MD
LG