Yunanıstanın milli futbol komandasının baş məşqçisi Serxio Markaryan istefa verib.
Yunanıstan mətbuatı və idman saytlarının məlumatına görə, əslən erməni olan uruqvaylı mütəxəssis bunun komandanın uğursuz çıxışı ilə bağlı olduğunu deyib.
"Avro-2016"nın F qrupunda mübarizə aparan Yunanıstan millisi 6 turdan sonra 2 xalla sonuncu yerdədir.