Çempionlar Liqasının ikinci təsnifat mərhələsində mübarizə aparan Ağdamın "Qarabağ" klubu "Rudar"la cavab oyunu üçün iyulun 20-də Monteneqroya yollanıb.
Qol.az-ın məlumatına görə, baş məşqçisi Qurban Qurbanov heyətdə elə bir ciddi dəyişiklik edilməyəcəyini bildirib.
İyulun 22-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Qeyd edək ki, Bakıda keçirilən ilk görüşdə hesab açılmayıb.