Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:07

İsraildə "İran səfirliyi" açılır


Arxiv fotosu. Vaşinqtonda İran əsilli Shirin Neshat-ın sərgisi
Arxiv fotosu. Vaşinqtonda İran əsilli Shirin Neshat-ın sərgisi

-

İsraildə "İran səfirliyi" açılacaq. Lakin bunu hökümət yox, fərdi şəxslər edir.

Bunu israilin Haaretz saytı yazır.

İsraildəki bəzi fəallar və rəssamlar gələn ay Tel-Əvivdə “İran səfirliyi” açmaq niyətindədirlər. Bu fikir Hamabul İncəsənət Kollektivinin təşəbbüsüdür.

Məqsəd də 1979-cu ildə İslam İnqilabından əvvəlki dövrdə iki ölkə arasında mövcud olmuş isti münasibətləri yada salmaqdır.

Qrupun Facebook səhifəsində deyilir ki, onlar bu davranışlarını müsbət hərəkət kimi təqdim etmək istəyirlər, nəinki “insanları qorxudan mənfi tendensiya”.

Təşəbbüskarlardan biri Matan Pinkas deyir ki, təşkilat konfliktlərin insanlar arasına enməsini deyil, liderlər səviyyəsində qalmasını istəyir.

“İnqilabdan əvvəl İsrail İranda insanları incidən şah rejiminə dəstək verməklə yanlış iş görüb. İndi biz də demək istəyirik ki, “səhv etmişik, sizi incitmişik”.

Pinkas deyir ki, Tel-Əvivin mərkəzində İran bayrağı alanda ona deyiblər ki, bu bayrağı dalğalandırmaq yox, yandırmaq daha yaxşı olardı.

Fəallar İsrailin müxtəlif şəhərlərində İran bayrağı dalğalandırmağı düşünürlər. Pinkas deyir ki, Tel-Əvivin mərkəzində İran bayrağı alanda ona deyiblər ki, bu bayrağı dalğalandırmaq yox, yandırmaq daha yaxşı olardı.

Fəalların yaratmaq istədiyi həmin “səfirlik” rəsmi ofisdən, dünyanın hər yerindən olan İran mənşəli rəssamların əsərləri düzülmüş sərgidən və fars çay partilərindən ibarət olacaq.

Aktivist və rəssamaların bu təşəbbüsünə İsrail Xarici İşlər Naziriliyindən hələlik bir münasibət bildirməyiblər.

İnqilabdan əvvəl İran Tel-Əviv-də səfirlik üçün torpaq sahəsi almışdı. Lakin beynəlxalq hüquq ölkələr arasında diplomatik münasibət olmadıqda torpağa sahib olmanı qadağan edir. Bu səbəbdən həmin ərazi indi parkdır.

XS
SM
MD
LG