Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 17:46

Polislər döyülüb


Foto illüstrasiya
Foto illüstrasiya

-

Göygöldə iki polis əməkdaşı xidməti vəzifəsini yerinə yetirərkən döyülüb.

apa xəbər verir ki, hadisə rayonun Çaylı kəndində baş verib.

Sarısu Polis Bölməsinin sahə rəisi, mayor Habil Əliyev və bölmənin tədqiqatçısı Ramin Həmidov xidməti vəzifələrinin icrası ilə əlaqədar ötən axşam Çaylı kəndinə gediblər.

Kənd sakinləri ilə aralarında yaranan mübahisə zəminində bir neçə kənd sakini onları döyüb. Müxtəlif bədən xəsarətləri alan polislər Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər. Vəziyyətlərinin kafi olduğu bildirilir.

Mübahisənin detalları barədə əlavə məlumat verilməyib.

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.

XS
SM
MD
LG