Keçid linkləri

2017, 30 Aprel, bazar, Bakı vaxtı 09:30

-

Əfqanıstan təhlükəsizlik rəsmiləri bildirirlər ki, iyulun 20-də səhər NATO qüvvələrinin endirdiyi hava zərbəsindən azı 7 əfqan əsgər həlak olub. Zərbə səhvən Kabilin cənubunda taliban yaraqlıları ilə döyüş zamanı ordunun mövqeyinə dəyib.

Ordu komandiri Abdul Razaq deyib ki, hava zərbəsində 45 əsgər də yaralanıb.

Əfqanıstan Müdafiə Nazirliyinin məlumatına görə, koalisiya vertolyotları əfqan əsgərlərə havadan yardım edərkən bu yanlış zərbə həyata keçirilib.

Bölgə koordinatoru Mohammad Rahim Amin-in sözlərinə görə, səhv əfqan qüvvələri ilə beynəlxalq koalisiyanın zəif koordinasiyasının nəticəsi olub.

Koalisiyanın məsələni araşdırdığı bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG