Tacikistanda xəbər agentliklərinin Dövlət informasiya agentliyinə istinadsız rəsmi xəbərlər yayması qadağan edilib.
Taçikistan prezidentinin mətbuat xidmətindən verilən məlumata görə, bütün dövlət qurumları press-relizlərini rəsmi “Xəbər” agentliyinə göndərməli, digər agentliklər isə rəsmi məlumatları dövlət xəbər agentliyinə istinadla yaymalıdır.
Müstəqil media üzrə Milli Asosasiyanın rəhbəri Nuriddin Karshiboev hakimiyyətin bu addımını tənqid edib.
O bunun ölkə konstitusiyasına zidd olduğunu bildirib.