Keçid linkləri

Təcili xəbərlər
2021, 11 May, çərşənbə axşamı, Bakı vaxtı 13:44

Əfqanıstan ordusunun mövqeyi bombalanıb


-

Koalisiya qüvvələrinin Əfqanıstanın Logar əyalətini bombalaması nəticəsində 8 Əfqanıstan əsgər həlak olub.

Əyalətin qubernatoru Mohammad Rahim Aminin məlumatına görə, ABŞ ordusunun vertolyotları yerli vaxtla səhər saat 6 radaələrində Baraki Barak rayonundakı nəzarət-buraxılış məntəqəsinə hücum ediblər.

Aminin sözlərinə görə, insident çox gümanki, talibançıların fəal olduğu bu bölgədə pis kooardinasiya nəticəsində baş verib.

Həmçinin 4 əsgərin yaralandığı xəbər verilir.

Qubernatorun sözçüsü Mohammad Darvesh isə ölənlərin azı 14 nəfər olduğunu deyir.

Adı çəkilməyən NATO ABŞ hərbçisi insidentdən xəbərdar olduqlarını bildirib.

XS
SM
MD
LG