-
«Ordumuz qısa bir müddətdə şəhidlərimizin qisasını almağa tam hazırdır».
Müdafiə naziri general-polkovnik Zakir Həsənov belə deyib.
O, nazirliyin rəhbər heyəti ilə cəbhəboyu rayonlarda yerləşən birlik, birləşmə və hərbi hissələrin döyüş hazırlığını yoxlayıb.
Nazirlik heyəti yüksəkliklərdəki postların müdafiə qurğuları, silah-sursat, döyüş texnikasının vəziyyəti, əsgər yataqxanası, xidməti otaqlar, səhra hamamı, saxlanclar və digər obyektlərə baxıb. Hərbi qulluqçularla birlikdə nahar edib, onların istək və arzularını dinləyib.
Əsgərlərə bayram sovqatı da verilib, xidmətdə fərqlənənlər hədiyyələrlə mükafatlandırılıb.