Keçid linkləri

Təcili xəbərlər
2021, 05 Mart, Cümə, Bakı vaxtı 14:29

Kiyevlə yaraqlılar bir-birini ittiham edir


Donetskdə atışmadan ziyan görmüş bina, 18 iyul, 2015-ci il

-

İyulun 19-da Ukrayna ordusu və rusiyapərəst yaraqlılar bir-birini Donetskdə yaşayış məntəqələrini atəşə tutmaqda ittiham edir. Donetsk yaraqlıların nəzarəti altındadır.

Silahlıların məlumatına görə, ağır atışma nəticəsində bir dinc sakin həlak olub, binalar dağılıb və bir neçə yerdə yanğın başlanıb. Bu, fevralda atəşkəs sazişindən sonra ilk belə hücumdur.

Ukrayna ordusunun sözçüsü Serhiy Galushko-nun sözlərinə görə, ordu separatçıların Donetski atəşə tutmağı planlaşdırması barədə radio siqnal əldə edib. Yaraqlılar bu iddianı yalanlayır.


Kiyev son 24 saat ərzində separatçı hücumlarına bir hərbçinin öldürüldüyünü, 7-nin yaralandığını bildirir.

Eyni zamanda yaraqlılar iyulun 19-da münaqişə zonalarından bütün ağır texnikanı çıxardıqlarını bildiriblər.

XS
SM
MD
LG