Qəbələdə təbii fəlakət (Fotolar)
İyulun 22-dən 23-ə keçən gecə Qəbələ rayonuna yağan güclü yağış bir neçə kəndə böyük ziyan vurub. Xüsusilə Qəmərvan kəndində bəzi evlər və maşınlar sel suları altında qalıb.
Məhkəmə başlayır, ancaq vəkil bütün sənədləri ala bilmir
Jurnalist Xədicə İsmayılın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası 24-nə təyin olunub. Məhkəmə ərəfəsi AzadlıqRadiosunun suallarını vəkil Fariz Namazlı cavablandırır.
Azadlıq Radiosu: Cinayət işinin bütün materiallarını ala bilmisinizmi?
Fariz Namazlı: Bəzilərini ala bilmişik, bəzilərini yox. Şahid ifadələri var ki, onları əldə edə bilmişik, ancaq əsas bizim istədiyimiz sənədlər var idi ki, onları ala bilməmişik. Bunlar ekspertiza rəyidir və vergilər nazirliyinin aralıq aktıdır.
AzadlıqRadiosu: Bəs nə deyib, vermirlər?
Fariz Namazlı: Heç bir izah verilmir. Musahibə burda
Apple şirkəti bir gündə bazar dəyərinin 32 milyardını itirib
Səbəb odur ki, 3-cü rübdə Apple satışdan 48,8 milyard dollar qazanacağını gözləyirdi, satış isə “cəmi” 47,5 milyard dollar olub. Aradakı bu 1,3 milyard dollar fərq Apple-in səhmlərinin bazarda 4 faiz saldı. Yeri gəlmişkən, 3-cü rübdə dünyada iPhone satışı 35 faiz artıb.
Abid Şərifov: Bakı rayon minik maşınlarına açıqdır
Abid Şərifov: “Bakı şəhəri rayon qeydiyyatında olan, respublikanın şəhər və rayonlarından, həmçinin ölkə xaricindən gələn minik avtomobilləri üçün açıqdır. Rayon qeydiyyatında olan minik avtomobillərinin Bakıya girişinə heç bir məhdudiyyət qoyulmayacaq”.
APA-ya açıqlamasında Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının sədri, baş nazirin müavini Abid Şərifov deyib ki, bölgələrdən kənd təsərrüfatı məhsullarını daşıyan bütün növ nəqliyyat vasitələri 24 saat ərzində Bakıya daxil ola bilər: "Marşrut taksiləri, adi taksilər Bakı Beynəlxalq Avtovağzalına buraxılacaq. Ancaq rayondan gələn bu taksilər şəhərin mərkəzində, "Tarqovı"da gəzməli deyil. Bu taksilər avtovağzalda sərnişinlərini düşürüb, yeni sərnişinlərini yığıb geri qayıtmalıdır".