AZAL biletlərinin qiymətindən əsaslı şikayət olsa...
“AZAL-ın bilet qiymətləri ilə bağlı əsaslı şikayət olarsa, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ümumi qaydada araşdırma aparıla bilər”.
“Report” Informasiya Agentliyi xəbər verir ki, bunu Baş İdarənin rəisi Kamran Əliyev jurnalistlərin suallarını cavablandırarkən deyib.
.
AZAL: endirim ya qaldırım?
Prezidentin tənqidindən sonra neçə gün fikirləşib, AZAL axır ki, endirim elan elədi. Ancaq elə elədi ki, indi hətta partiya sədri də əlinə qələm alıb, hesablayır: bu, endirimdir ya qaldırımdır? Beləliklə, AZAL biletlərə 20 faiz qiymət endirimi ilə yanaşı bir sıra dəyişikliklər də edib. AZAL ilə uçanlar 5 kilodan artıq əşya üçün əlavə pul verəcəklər, təyyarədə yemək də pullu olacaq.Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev Facebook-da yazır: "“Deməli belə. AZAL-ın endirilmli biletlərinin şərtləri:
Bakı-İstanbul-Bakı.
1. Gediş-gəliş- 230 manat (əvvəl 330 idi).
2.Yalnız əl baqajı imkanı (5kq).
3. Əlavə baqaj üçün 50 manat ödəniş (iki tərəfə 100 manat).
4. Uçuş zamanı yemək verilmir. Daha doğrusu, pulsuz verilmir.
Nəticə etibarilə uğurumuz: Əvvəlki puldan daha artığı ödənilir + ac gedirik.
P.S Məzəniz olsun…” - bunu Elşən Musayev yazır
Kiyevdə "Sağ Sektor" hökumət əleyhinə mitinq keçirib
Kiyevdə ultramillətçi "Sağ Sektor" hökumət əleyhinə mitinq keçirib. Sağ Sektorun lideri Dmitri Yarosh bildirib ki, yerli seçkilərdə iştirakdan imtina edirlər və indiki hakimiyyətə etimadsızlıq referendumuna çağırırlar
Metrodan pulsuz istifadə yolu(video)
Cəmi 10 dəfə oturub durmaqla metro sərnişini olmaq olar. Mexiko rəhbərliyi şəhər sakinlərinə öz sağlamlıqlarının qeydinə qalaraq gediş haqqında qənaət etməyi təklif edir