James Warlick qaçqınlar məsələsini müzakirə edir
James Warlick Yerevanda qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşüb.Görüşdə Dağlıq Qarabağ qaçqınları məsələsi müzakirə edlib. Minsk qrupunun amerikalı həmsədri sabah Bakıya gəlir
Türkiyədə partlayışda azı 27 adam ölüb
Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda törədilən partlayışda azı 27 adam ölüb. Partlayışın terrorçu-kamikadze tərəfindən törədildiyi ehtimal olunur.Bura Suriyadakı Kobani şəhərinin bir neçə km-liyindədir. Eyni vaxtda Kobanidə də partlayış olub
Qənimət Zahidin daha bir qardaşı oğlunu saxladılar
«Azadlıq» qəzetinin baş redaktoru, «Azərbaycan saatı» verilişinin müəllifi, hazırda Fransada mühacir həyatı yaşayan Qənimət Zahidin daha bir qardaşı oğlu Bakıda polis tərəfindən saxlanıb. İyulun 18-də Qənimət Zahidin Şamaxının Meysəri kəndində yaşayan başqa bir qardaşı oğlu da saxlanaraq Şamaxı polisinə aparılıb.
Bağlanan bankın əmanətçilərinə kompensasiya veriləcək?
Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) "Azərbaycan Kredit Bankı"-nın lisenziyasının ləğv edilməsi ilə əlaqədar bankın əmanətçilərinə kompensasiya ödəməyə hazırlaşmır. Bunu Trend-ə ADIF-in icraçı direktoru Azad Cavadov deyib. O bunun niyəsini belə izah edir