Keçid linkləri

2017, 27 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:37

-

21 mart - daun sindromlu xəstələr günüdür

“Yeganə gəlir yerimizi genişləndirmək istədik ki, heç olmasa ailədəki xəstələrin dərmanpulusunu o obyektdən çıxara bilək. Elə ki, ora-bura yazmağa başladım ki, obyektimin qarşısındakı boş sahəni mənə versinlər, tez müştəri tapıb həmin yeri satdılar".

ƏLİLİN QAZANCINA ŞƏRİK ÇIXIBLAR?

Sumqayıtda yaşayan 2-ci qrup əlil Cavid Şahbazov deyir, iki azyaşlı övladı da əlildir - birində daun sindromu var, o biri isə iflicdir. Anası həm astma xəstəliyindən, həm də böyrək çatışmazlığından əziyyət çəkir. Hökumətin pulsuz verməli olduğu dərmanların çox hissəsini ailə pulla alır. Bu boyda xəstəliklərin qarşısında cüzi təqaüd dayanıb. Deyir, belə bir durumda dövlət ona əl tutmalı olduğu halda, qazancına şərik çıxıb.

"Vaxtilə atama əmək əlilliyinə görə verilmiş 8 kvadratlıq boş sahədə kiçik bir obyekt tikib ofis kimi icarəyə vermişdim. Ancaq aylıq gəlir cəmi 100 dollar olduğuna görə yerli bələdiyyəyə və icra hakimiyyətinə müraciət etdim ki, ofisin ətrafındakı boş sahələri də mənə versinlər. Bələdiyyə də, yerli icra hakimiyyəti də məni arxayın etdi ki, yaxın vaxtlarda ofisin ətrafındakı boş sahəni onun adına rəsmiləşdirəcəklər. Ancaq bir də gördüm ki, mənim obyektimdən bir az kənarda başqa bir obyekt tikildi. Həmin obyektin sahəsi düz mənim obyektimə qədər olan yeri tutdu. Mən hər dəfə etiraz edəndə deyirdi ki, narahat olma, elə-belə müvəqqəti tutmuşam buranı, mənə lazım deyil. Ancaq bir də eşitdim ki, boş sahəni öz adına rəsmiləşdirmək üçün sənəd toplayır”.

Şikayətçi hesab edir ki, iki obyekt arasındakı boş sahə bərabər bölünməlidir.

HÜQUQŞÜNAS: "ÜSTÜNLÜK ƏLİLDƏDİR"

Sumqayıt şəhər bələdiyyəsindən “Qaynar xətt”ə bildirdilər ki, Cavid Şahbazov obyektinə yaxın ərazidəki boş sahə ilə bağlı bələdiyyəyə yazılı müraciət edib. Həmin ərazi bələdiyyənin torpaq fonduna aiddir və bələdiyyə həmin sahənin ona ayrılmasına etiraz etməyib.

Sumqayıt şəhər icra hakimiyyətindən isə bildiriblər ki, bu qurumun memarlıq şöbəsi barəsində danışılan boş sahəyə hələlik heç kəsə müvafiq sənəd verməyib.

Hüquqşünas Fuad Hüseynov deyir, həm ailə və sağlamlıq durumuna görə, həm də yerli təşkilatlara digər sahibkardan əvvəl müraciət etdiyinə görə boş sahənin bölgüsü zamanı üstünlük Cavid Şahbazova verilməlidir.

Hüquqşünas:

"Cavid Şahbazov yazdığı məktubların qəbzlərini, aldığı rəsmi cavabları toplayıb ərizə ilə yerli məhkəməyə müraciət edə bilər”.

2015

Siz də şikayətinizi buradan göndərə bilərsiz

  • Zəhmət olmasa təhlükəsizlik üçün nəzərdə tutulan sualları cavablayın *

ƏLAQƏ ÜÇÜN

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG