Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:18

"Tanrı zərrəciyi” tapılıbmı?


Qısaömürlü “pentakvark”ı Avropa Nüvə Tədqiqatları Təşkilatının Cenevrədəki toqquşdurucu qurğusunda qeyri-sabit zərrəciklərin parçalanmasını izləyən tədqiqatçı alimlər aşkar ediblər.

-

Avropa Nüvə Tədqiqatları Təşkilatında (European Organization for Nuclear Research – CERN) materiaynın elmə bəlli ən kiçik zərrəciklərindən olan pentakvark hissəciyi müşahidə edilib.

Atomdan kiçik zərrəcik xüsusi qurğu – Böyük Hadron Toqquşdurucusunda (Large Hadron Collider – LHC) müşahidə olunub.

Bundan əvvəlki müşahidələr doğru çıxmamışdı.

Qısaömürlü zərrəcik

Beş kvarkdan ibarət qeyri-adi zərrəcik onillik araşdırmadan sonra, onun varlığına inam tamamilə itiriləndə tapılıb.

Pentakvark
Pentakvark

Qısaömürlü “pentakvark”ı Avropa Nüvə Tədqiqatları Təşkilatının Cenevrədəki toqquşdurucu qurğusunda qeyri-sabit zərrəciklərin parçalanmasını izləyən tədqiqatçı alimlər aşkar ediblər.

Sınaqların sözçüsü Guy Wilkinson deyib ki, bu kəşf atom nüvələrini dağılmağa qoymayan güclü nüvə qüvvəsinin fiziklər tərəfindən dərk olunmasında yeni eranın başlanğıcı sayıla bilər.

“Pentakvark” – zərrəcik, yoxsa qüvvə?

“Pentakvark” sadəcə yeni zərrəcik deyil. Bu adi proton və neytronların tərkib hissəsi olan kvarkların əvvəllər müşahidə edilməmiş bir şəkildə məcmusunu nümayiş etdirən hadisədir.

Tapılan doğrudandamı pentakvarkları yaradan prosesin siqnalıdır, yoxsa alimlər öz tapıntılarını başqa cür izah edə bilmirlər?

“Pentakvark”ın öyərinlməsi ilə insanlar da daxil bütün materiyanın daha yaxşı başa düşülməsinə yol açılır.

Protonlar və neytronlar bir-birnə bağlı üç növ kvarkdan ibarətdir. Lakin nəzəriyyəçilər hesablayıblar ki, kvarkların sayı 5 ola bilər. Belə hissəciklər kvant xronodinamikasının (quantum chromodynamics- QCD) öyrənilməsi üçün münbit zəmin yarada bilər. Kvant xronodinamikası kvarkları birgə saxlayan qüvvəni izah edən nəzəriyyədir.

Xırda zərrəciklərin qırıntıları arasında

Hələ 2002-ci ildə Yaponiyanın Harimadakı SPring-8 sinxrotonunda çalışan alimlər protondan 1, 5 dəfə ağır olan “pentakvarkı” aşkar etdiklərini elan etmişdilər. Onlar “pentakvarkı” yüksək enerjili protonlarla neytronların toqquşma “qırıntıları” arasında tapdıqlarını bildirirdilər. Bir ilin ərzində dünya boyunca daha on laboratoriya eyni nəticəni əldə etdiyini bildirmişdi.

İsveçrədəki Böyük Hadron Toqquşdurucu qurğusu
İsveçrədəki Böyük Hadron Toqquşdurucu qurğusu

Lakin başqa çoxsaylı sınaqlar belə bir nəticə əlıdə edə bilməmişdi və odur ki, 2005-ci ildə “pentakvark”ın tapılması “xəyal” elan edildi.

Virciniyanın Nyuport Nyuz məntəqəsindəki Thomas Jefferson Milli Akselerator Qurğusunda (National Accelerator Facility) SPring-8 hesablamasının təkrarı isə “pentakvark”ın mövcudluğunu ümumiyyətlə istisna etmişdi.

“Müəmmalı hadisə”

Bu hadisə bir də onu nümayiş etdirmişdi ki, əldə olunmuş hesablamalar alimləri mövcud olduğundan daha çox zərrəcik “görməyə” vadar edib yanılda bilər.

2008-ci ildə dərc olunmuş Review of Particle Physics məcmuəsi “pentakvarkı” “elm tarixində müəmmalı epizod” adlandırıb. Pentakvark rəsmi məcmuənin son kataloquna da daxil edilməyib.

Lakin indi pentakvarkın mövcudluğunu isbat edən eksperimentdən sonra zərrəcik siyahıya daxil edilməlidir.

Çünki fiziklər trilyonlarla atomdan kiçik zərrələrin parçalanması zamanı gözlənilmədən çəkiləri 4, 38 və 4, 45 giqaelektronvolt olan (müvafiq olaraq protondan 4, 67 və 4, 74 dəfə ağır)iki qısaömürlü obyekti müşahidə ediblər. Bu nəticə 2009 və 2012-cci illər arassında əldə olunmuş nəticələrin analizi əsnasında üzə çıxıb.

Kvarklar və antikvarklar

Yeni obyektləri ölçdükdən və və başqa mümkün zərrəcikləri istisna etdikdən sonra alimlər qrupu belə bir nəticəyə gəlib ki, pentakvarklar iki müxtəlif konfiqurasiyada mümkündür. Zərrəciyə iki üst kvark, bir aşağı kvark və iki antikvark daxildir.

Kainat zərrəcikləri sərgisi
Kainat zərrəcikləri sərgisi

Nyu Yorkdakı Syracuse Universitetindən Sheldon Stone bildirir ki, 2012-ci il sınaqlarında alimlər nəticəni təhqiqatın “yan məhsulu” kimi təsadüfən əldə ediblər.

“Biz o zaman tamamilə başqa bir obyekti araşdırırdıq, odur ki, bu nəticəyə məhəl qoymamışdıq. Tarixən pentakvark iflası bizi qorxutduğundan biz bütün mümkün nəticələri yoxladıq” – deyir Stone.

Zərrəcik olmayan yerdən siqnal çıxmaz?

Alimlər öz kəşflərinin mövcudluğuna qəti əmidirlər. Onların zənnincə, yeni hissəciklər mövcud olmadan siqnalların aşkar edilməsi mümkün deyildir.

Biz bu “məxluq”un varlığını nəzəri baxımdan anlamamışıq.

Digər tərəfdən başlıca narahatlıq iki mümkün interpretasiyadandır.

Oksfor Unicersitetindən nəzəriyyəçi Frank Close deyir:

“Tapılan doğrudandamı pentakvarkları yaradan prosesin siqnalıdır, yoxsa alimlər öz tapıntılarını başqa cür izah edə bilmirlər?”.

Nəticələrə ehtiyatla yanaşmaq lazımdır

Yeni pentakvark 2002-ci ildə tapıldığı iddia edilən zərrəciklə eyni deyildir. Bu pentakvark theta+ zərrəciyindən 3 dəfə ağırdır və fərqli kvarklara malikdir.

Avropa Nüvə Tədqiqatları Mərkəzində
Avropa Nüvə Tədqiqatları Mərkəzində

Alimlər inanırlar ki, bu nəticə başqa pentakvark hallarının axtarışına təkan verəcək. Onlar hesab edirlər ki, pentakvarklar çəki etibarilə müxtəlif ola bilər.

Birləşmiş Krallıqdakı Kembric Universitetinin fiziklərindən Nick Manton bildirir ki, ilkin nəticələrə ehtiyatla yanaşmaq lazımdır.

“Biz bu “məxluq”un varlığını nəzəri baxımdan anlamamışıq. Lakin əgər bu, həqiqətən mövcuddursa, deməli, buna bənzər obyektlərin tapılmasına hələ uzun illər lazım gələcək” – deyib alim.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG