Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:04

Keçmiş FİFA rəsmisi: "Günahsızam"


-

Korrupsiyada təqsirli hesab edilən FİFA-nın sabiq vitse-prezidenti Ceffrey Webb New Yorkda keçirilən məhkəmədə təqsirsiz olduğunu bildirib.

O, 10 milyon dollar girov qarşılığında zaminə buraxılıb.

Böyük Britaniya və Kayman adalarının pasportlarına malik 50 yaşlı Ceffrey Webb sənədlərini Federal Təhqiqatlar Bürosuna təhvil verib. Ona Bruklindəki məhkəmə binasından 20 km məsafəyədək uzaqlaşmağa icazə verilib.

Onun zaminliyinə ABŞ vətəndaşı olan həyat yoldaşı, valideynləri və nənəsi, o cümlədən ailəsinin digər 6 üzvü durub.

Ueb adı bütün futbol dünyasını bir-birinə qatan qalmaqalda adı hallanan ilk FİFA prezidentidir. O, iyulun 15-də İsveçrədən ABŞ-a ekstradisiya olunub.

Ümumilikdə 14 nəfərin adı keçən bu cinayət işi şantaj, reketçilik, çirkli pulların yuyulması, dələduzluq və 24 il ərzində 150 milyon dollar rüşvət alınması ilə bağlıdır.

Cinayət işi New York məhkəməsinə may ayında verilib.

XS
SM
MD
LG