Keçid linkləri

2024, 04 Oktyabr, Cümə, Bakı vaxtı 10:12

ABŞ Azərbaycana 115 milyon yardım edib


-

“ABŞ Senatının Təxsisatlar Komitəsinin ayırdığı maliyyə yardımı Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkən insanlar üçün nəzərdə tutulub”.

APA-nın verdiyi xəbərə görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Cekuta deyib.

Səfir Azərbaycana göstərilən yardımın 115 milyon ABŞ dollarına çatdığını qeyd edib:

“Dağlıq Qarabağ münaqişəsi barədə danışarkən qeyd etmək istərdim ki, həqiqətən də acınacaqlı vəziyyət yaranıb. Yardım barədə isə onu bildirim ki, yardım bilavasitə Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkən insanlar üçün nəzərdə tutulan bir vəsaitdir.

Bizim münaqişə ilə bağlı fəaliyyətimiz iki istiqamətdədir. Onlardan biri bilavasitə münaqişədən əziyyət çəkən insanlara yardım göstərilməsidir. Digər istiqamətlə isə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik məşğuldur. O, bu istiqamətdə çox fəal çalışır, bilavasitə Minsk Qrupu çərçivəsində iki dövlətin hökumətlərini bir araya gətirərək, münaqişəsinin sülh yolu ilə həllinə dair danışıqların həyata keçirilməsinə səy göstərir”.

ABŞ Senatının Təxsisatlar (maliyyə ayırmaları) Komitəsi Dağlıq Qarabağda yaşayan insanlara humanitar yardımları nəzərdə tutan təklifə bir neçə gün öncə səs veriblər.

XS
SM
MD
LG