Keçid linkləri

Təcili xəbərlər
2021, 05 Avqust, Cümə axşamı, Bakı vaxtı 06:04

“İran mövqeyini dəyişməyəcək”


Ayatollah Ali Khamenei

-

Nüvə razılaşmasının əldə olunmasına baxmayaraq, İran İslam Respublikasının “heç kəsi bəyənməyən” Birləşmiş Ştatlara qarşı müxalif mövqeyi “dəyişməyəcək”.


Bunu İranın Ali dini lideri Ayətullah Əli Xamneyi deyib.


Ramazan bayramı ilə bağlı iyulun 18-də çıxışı zamanı Xamneyi bildirib ki, İran hələ də ABŞ-ın Orta Şərqlə bağlı siyasətinə əvvəlki kimi qarşıdır.


Vyanada İran ilə altılıq ölkələr arasında aparılan danışıqlarda iyulun 14-də razılıq əldə olunub. Danışıqları İranla Britaniya, Çin, Fransa, Rusiya və Birləşmiş Ştatlar aparıb.


Razılaşma əsasən İranın nüvə proqramını məhdudlaşdırmasını və əvəzində sanksiyaları yüngülləşdirməyi nəzərdə tutur.


Qərb İranı nüvə silahı hazırlamaqda ittiham edir, Tehran bunu təkzib edir.

XS
SM
MD
LG