Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:28

XƏBƏRLƏR


Fransanın «RBS» radiosu həftədə 2 saat Azərbaycanı tanıdacaq

Strasburqda fəaliyyət göstərən bu radio bazar günləri gündüz saat 3-dən 5-dək Fransada yaşayan azərbaycanlıların həyatına, yerli xəbərlərə və Azərbaycan musiqisinə yer ayıracaq. Proqramları Azərbaycanla mədəni əlaqələr Təşkilatının sədri Mustafa Alınca fransızca aparacaq.



Sumqayıt «çirkli şəhər» deyilmiş?


Ekologiya və Təbii Sərvətlər Nazirliyi dünyanın 33 ən çirkli şəhəri siyahısına Sumqayıtın da salınmasına etirazını bildirib. Sözügedən siyahını mərkəzi ofisi Nyu-Yorkda yerləşən Bleksmit İnstitutu hazırlayıb. Amerika Birləşmiş Ştatlarından da 2 şəhərin qeyd olunduğu həmin siyahıda Azərbaycandan 1 şəhərin – Sumqayıtın adı çəkilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fikrincə, ötən əsrin 70-80-ci illərində «ölü şəhər» adıyla tanınsa da, Sumqayıt hazırda ekoloji baxımdan heç də ən çirkli şəhər sayıla bilməz. Nazirlik öz etirazını zərərli zavodların fəaliyyətinə son verilməsi və ətraf mühitin təmizlənməsinə yönəlmiş tədbirlərin həyata keçirilməsiylə əsaslandırır.



Ombudsman narazıdır


Ombudsman polisin gecə klublarına qəfil reydləri zamanı saxlanan uşaqların adlarının mətbuatda açıqlanmasından narahatdır. İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova bu narahatlığını Daxili İşlər Nazirinə ünvanladığı məktubda ifadə edib. Ombudsmanın fikrincə, bu cür hallar uşaq hüquqlarının pozulmasına, uşaqların mənəvi sarsıntı keçirmələrinə, onların cinayətkar ünsürlər tərəfindən əməkdaşlığa cəlb olunmalarına və başqa mənfi hallara yol açır.


XS
SM
MD
LG