Keçid linkləri

Təcili xəbərlər
2021, 02 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:42

Ukraynada yerli seçkilər keçiriləcək


Petro Poroshenko

Ukrayna parlamenti oktyabrın 25-nə yerli seçkilər təyin edib.

Bu iyulun 17-də keçirilən səsvermədə qərar alınıb.

Aamma qanun layihəsində bunun Krıma aid olmadığı bildirilir. Rusiya ötən ilin martında Krımı ilhaq edib.

Hazırda Ukraynanın şərqindəki Donetsk və Luqansk vilayətləri rusiyapərəst separatçıların nəzarətindədir.

Ukraynanın Ali Radası bundan bir gün əvvəl isə konstitusiya dəyişikliyi ilə bağlı prezident Poroshenkonun təklifinin Konstitusiya məhkəməsinə göndərilməsinə səs verib.

Düzəlişlərdə Donetsk və Luqans vilayətlərində separatçıların nəzarətində olan rayonlara yerli özünüidarə statusu verilir.

Poroshenko parlamentdə çıxış edərkən bildirib ki, bəzi kütləvi informasiya vasitələrinin yazdığı kimi Donbasa xüsusi status verilməsindən söhbət də gedə bilməz.

Poroshenko qanun layihəsini parlamentə iyulun 15-də təqdim edib.

Bu ilin fevralında əldə edilmiş Minsk razılaşmasında Ukraynanın şərqindəki bir sıra rayonlara belə bir status verilməsi nəzərdə tutulur.

XS
SM
MD
LG