Keçid linkləri

Təcili xəbərlər
2021, 15 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:02

Şəkidə şirniyyat festivalı keçiriləcək


Halva

-
İyulun 20-də Şəkidə ikinci beynəlxalq şirniyyat festivalı keçiriləcək.

Festivalın rəsmi açılışı Şəki Olimpiya İdman Kompleksinin həyətində olacaq. Sonra geniş çeşiddə şirniyyat nümunələri sərgilənəcək.

Xəbəri Mədəniyyət və Turizm Nazirliyi yayıb.

Festivalda Azərbaycan, Türkiyə, Rusiya, Fransa, Yunanıstan, Rumıniya, Moldova, Kipr, Qazaxıstan, Qırğızıstan, Serbiya, Koreya və İndoneziyadan olan qənnadıçıların hazırladıqları şirniyyatlar nümayiş olunacaq.

Şirniyyat nümunələrini münsiflər heyəti qiymətləndirəcək. Fərqlənənlər mükafatlandırılacaq. Festival konsert proqramı ilə başa çatacaq.

XS
SM
MD
LG