-
İyulun 17-də muğam ustası Alim Qasımov və Fərqanə Qasımova Polşaya yola düşəcəklər.
Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, muğam ifaçıları iyulun 18-də Polşada keçiriləcək «Jarocin 2015» musiqi festivalında çıxış edəcəklər.
Festival çərçivəsində onların Polşanın «Vovo» musiqi qrupu ilə birgə çıxışı da planlaşdırılır.
«Vovo» qrupunun iki mahnısını duet şəkilində oxuyan xanəndənin ifası qrupun son diskində yer alıb.
Bu səbəbdən qrupun solistləri «Jarocin 2015» festivalında Alim Qasımovla bu mahnıları canlı ifa etmək istəyiblər.
Xanəndələri polşalı qrup müşayiət edəcək.
Xəbərdə vurğulanır ki, Alim Qasımovun növbəti konserti avqustda Malayziyada baş tutacaq.