Keçid linkləri

2017, 21 Oktyabr, şənbə, Bakı vaxtı 09:14

ABŞ-da atışmada 4 hərbçi həlak olub


Hadisə yeri, 16 iyul, 2015-ci il

-

ABŞ-ın Tennesi ştatında 2 hərbi obyektə hücum edilib. Silahlı da daxil olmaqda 5 nəfər həlak olub. Hadisə Çattanuqa şəhərində baş verib.

“Bu hərəkəti daxili terrorçuluq sayırıq,” Tennesi ştatının prokuroru Bill Killian deyib. FBI insidentin beynəlxalq terror təşkilatlarına bağlılığına dair sübut tapmayıb.

Prezident Barack Obama qətlləri “sarsıdıcı” adlandırıb, atışmanı hərtərəfli araşdırmağa çağırıb. ABŞ Müdafiə naziri Ash Carter insidentin “məntiqsiz zorakılıq hərəkəti” və “qəddar cinayət” olduğunu deyib.

ABŞ Hərbi-Dəniz Donanması dörd hərbçinin öldüyünü təsdiqləyib.

Şübhəli, Küveytdə doğulmuş 24 yaşlı Mohammad Youssuf Abdulazeez maşınla hərbi çağırış mərkəzinə gedib və atəş açmağa başlayıb. O, daha sonra 10 km uzaqda yerləşən Donanma Ehtiyat Mərkəzinə sürüb və 4 hərbçini güllələyib. Özünü də polis öldürüb. Bir polis, bir hərbçi olmaqla 3 nəfər yaralanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG