Keçid linkləri

Təcili xəbərlər
2021, 04 Mart, Cümə axşamı, Bakı vaxtı 10:39

Məhbus işgəncəyə görə,7 lezviya udub


Arxiv fotosu

-

13 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Riya Məmmədovun anası Mehriban Kərimova penitensiar müəssisədə oğluna işgəncə verilməsi ilə bağlıprezident İlham Əliyevə və baş prokuror Zakir Qaralova müraciət edib.

Məktubda deyilir ki, 2015-ci il iyunun 26-da müəssisə rəisinin göstərişi ilə Ayaz və Əli adlı nəzarətçilər oğluna işgəncə veriblər.

Buna səbəb Riyadın sünnilər kimi ibadət etməsi və nəzarətçilərə pul verməkdən imtina etməsi olub.

Nəticədə özünəqəsd həddinə çatdırılmış gənc məhbus 7 lezviya udub və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Xəstəxanada olarkən ondan buna təhrik olunmaması barədə izahat yazmağı tələb ediblər və əks haldaanası ilə hədələyiblər.

Turan agentliyinin məlumatına görə, bunu gənc məhbus anası ilə görüşdə deyib.

Ananın sözlərinə görə, Riyada qarşı təzyiq davam edir, ondan şikayət verməməyi tələb edirlər.

Ana prezidentdən bu işin araşdırılmasını və günahkarların cəzalandırılmasını xahiş edir.

XS
SM
MD
LG