Keçid linkləri

2017, 23 Fevral, Cümə axşamı, Bakı vaxtı 18:12

İyulun 16-da “Azərbaycan Hava Yolları” İdarə heyətinin kollegiya iclası keçirilib.

Şirkətin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, prezidenti İlham Əliyevin bu günlərdə Nazirlər Kabinetinin iclasında biletlərin süni şəkildə qaldırılması ilə bağlı verdiyi tapşırıqlar müzakirə olunub.

AZAL-ın prezidenti Cahangir Əsgərov bütün tariflərin təhlil edilməsi, qiymətinin ucuzlaşdırılması, güzəştlər, şərtlər və tariflərin tənzimləmə mexanizminin hazırlanmasını göstəriş verib.

O bildirib ki, Azərbaycana turist axınını artırmaq üçün hazırda işlər görülür və çox yaxın vaxtlarda turizm marşrutlarında ucuz uçuşlar təşkil ediləcək.

O həmçinin yaxın vaxtlarda mövcud hava xətlərində müəyyən yerlərin aşağı qiymətlərlə satılacağını bildirib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG