Keçid linkləri

Təcili xəbərlər
2021, 02 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:33

FİFA rəsmisi ABŞ-a verilib


FIFA logo

İsveçrə FİFA rəsmisini ABŞ-a verib.

Federal Ədliyyə İdarəsinin məlumatına görə, adı çəkilməyən rəsmi iyulun 15-də ABŞ polisinə təhvil verilib.

Həmin şəxs mayın 27-də Sürixdə keçirilən reyd zamanı həbs olunan 7 nəfərdən biridir.

Qalan 6 nəfər isə ekstradasiya olunmalarına etiraz edir.

Onlar rüşvətxorluqda ittiham olunurlar.

Həmçinin İsveçrə prokurorluğu 2018 və 2022-ci il dünya çempionatlarına ev sahibləri seçilərkən mümkün maliyyə pozuntularını araşdırır.

2018-ci ildə çempionat Qətərdə, 2022-ci ildə isə Rusiyada keçirilməlidir.

XS
SM
MD
LG