Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:47

"Avropa Oyunları Ilham Əliyevə legitimlik qazandırdı"


İlham Əliyev medalların təqdimatı mərasimində - 26 iyun 2015
İlham Əliyev medalların təqdimatı mərasimində - 26 iyun 2015

-

«Formula-1», FIFA, Beynəlxalq Olimpiya Komitəsi və onların iri brend sponsorlarının qərar verməsi zamanıdır...

«The Guardian» qəzetində dərc olunmuş məqalədə qeyd olunur ki, ilk Avropa Oyunları Azərbaycan prezidentinə beynəlxalq legitimlik və nüfuz qazandırdı.

«Beynəlxalq Olimpiya Komitəsi Avropa Oyunlarının insan haqlarının pozulduğu Azərbaycanda keçirilməsinə icazə verməməliydi. Faciə ondadır ki, Avropa Oyunlarından sonra «Formula-1» gəlir və beləliklə gələn il prezidentin həmin populyardlıqdan yararlanmaq fürsəti var».

Bu beynəlxalq reklamın hansı təsirləri ola bilər?

Azərbaycanda az sayda qalmış, adının çəkilməsini istəməyən insan haqları fəalı deyir ki, «Avropa Oyunları Azərbaycan hökumətinin imici reallıqdan yuxarıya qoymağı hədəfləyən böyük PR cəhdidir. Reallıq odur ki, ölkəmizdə müstəqil beyinlər məhv olmaqdadır».

Yazının müəllifi Biznes və İnsan Haqları Resurs Mərkəzinin icraçı direktoru Phil Bloomer bu yaxınlarda Azərbaycana səfərdən qayıdıb. O, vurğulayır ki, «hökumətə vacib iki şey lazımdır: korrupsiyaya işıq salacaq müstəqil media və vətəndaş cəmiyyəti. Ölkədə hər ikisi vardı, ancaq 10 illik repressiya onların axırına çıxıb». Yazıda araşdırmaçı-jurnalist Xədicə İsmayılın, bir sıra fəalların həbsindən söz açılır.

«Azərbaycanın narazıları susdurmaq üçün ən səmərəli aləti «xarici maliyyələşmə» sayılır. İcma inkişafı, ətraf mühitini mühafizəsi, işçilərin qorunması və ya insan haqlarının müdafiəsi sahəsində işləyən yerli təşkilatlara beynəlxalq yardımın qarşısı alınıb», - müəllif yazır.

«Azərbaycanda həm yerli, həm də böyük beynəlxalq şirkətlərin bu repressiyadan faydalandığı görünür. Əmək məsələlərini araşdıran, adının çəkilməsini istəyən bir tənqidçi deyir ki, qanun müvəqqəti iş müqavilələrini qadağan edir. Bu da kənd təsərrüfatı və beynəlxalq neft şirkətlərində geniş yayılmış haldır.

Formula-1
Formula-1

İşçilər bu addımları tənqid edə bilmirlər: neftin qiymətinin düşməsi iş yerlərinin ixtisarına gətirib. İşdən çıxarılmış fəhlələrin çoxu minimum kompensasiyanı da ala bilməyib. Bəzi işlər məhkəməyə çıxarılıb, ancaq vəkillər udacaqları halda belə kompensasiyanı ala bilməyəcəklərindən narahatdırlar».

Müəllif qeyd edir ki, beynəlxalq investorlar Azərbaycan hökumətinə təsir göstərə bilərlər, ancaq şirkətlər bunun üçün məsuliyyət daşımadıqlarını deyirlər.

«Hərçənd qlobal idman tədbirlərinin sponsorları getdikcə anlayırlar ki, özəlliklə repressiv ölkələrdə insan haqlarının onların brendinə böyük təsiri ola bilər. «Economist Intelligence Unit»in bu yaxınlarda apardığı sorğunun nəticələrinə görə, böyük korporasiya rəhbərlərinin 85%- razılaşır ki, idman tədbirləri öz nüfuzundan yararlanaraq işçilərin, yerli icmaların hüquqlarının təminatına nail olmalıdır».

«İnsan haqları fəalları heç vaxt Azərbaycan hökumətinin Avropa Oyunlarından yararlanaraq haqsız yerə həbs olunmuşları azadlığa buraxacağına dərindən inanmayıblar. Gələn «Grand Prix» yarışlarında da bunun baş verməsi real görünmür. Ancaq «Formula-1»in sahibləri dəyişsə, bu da dəyişikliyə gətirə bilər». («Formula-1»in 5 milyard dollara başqa investorlara satılacağı barədə məlumatlar var)

«Formula-1», FIFA, Beynəlxalq Olimpiya Komitəsi və onların iri brend sponsorlarının qərar verməsi zamanıdır – qlobal idman insan haqları pozuntuları ilə assosiasiya olunsunlar, yoxsa adları əsas dəyərlərlə – dostluq, qarşılıqlı sayqı, ədalətli oyun və kamilliklə yanaşı çəkilsin? Qlobal idman tədbirlərinə ev sahiblərinin seçilməsi həmin qərarın nəticəsindən asılı olacaq».

Foto illüstrasiya
Foto illüstrasiya

İRAN SAZİŞİ: AZƏRBAYCAN ENERJİ TRANZİTİ İMKANLARINI GÖZDƏN KEÇİRİR

«Çoxları üçün İranla nüvə sazişi təhlükəsizlik deməkdir. İranın şimal qonşusu Azərbaycan üçünsə bu, biznes imkanları anlamına gəlir».

eurasianet.org saytında Giorgi Lomsadze belə yazır.

«Enerjiylə zəngin bu Cənubi Qafqaz ölkəsi təkcə özünün deyil, İran qazının da Avropaya daşınması üçün mövqe tutmağa çalışır. Beynəlxalq sanksiyaların hələ qüvvədə qalmasına baxmayaraq, Tehran da ideyanı nəzərdən keçirməyə meylli görünür».

İranın Bakıdakı səfiri Mohsen Pak Ayeen iyulun 15-də deyib ki, İran TAP və TANAP layihələrində maraqlıdır.

«Dünyanın təbii qaz ehtiyatlarının 18 faizi İrandadır. Azərbaycan isə hətta nüvə sazişindən öncə İran qazının dünyaya çatdırılmasına can atıb... Adətən hökumətin ideyalarını çatdıran «Trend» xəbər agentliyi Azərbaycanın İran qazının Avropaya daşınması üçün yeganə marşrut olduğunu canfəşanlıqla bəyan edir».

«Hazırda bu ölkənin qazının Avropaya çatdırılmasının ən rahat marşrutu Türkiyə ərazisindəndir. Ancaq Türkiyədə tranzit xətləri yoxdur. Bircə Cənub Qaz Dəhlizinin bir hissəsi olan TANAP-dır», - bir təhlilçi yazır.

Avropa hələ Tehranla qaz danışıqlarına başlamaq planlarını elan etməyib.

«Hətta kəmər arzuları alınmasa belə, Bakının əlində başqa kartları var. Ölkə İranın təkcə enerjisi barədə düşünmədiyini bildirir. Ağlında yükdaşımalar da var. Daim nikbin «Trend» qeyd edir ki, Avropaya Bakı-Tbilisi-Qars dəmiryol xətti bu il tamamlanır».

XS
SM
MD
LG