Keçid linkləri

2025, 26 Mart, çərşənbə, Bakı vaxtı 04:57

Qəbələ musiqi, Şəki şirniyyat festivalına hazırlaşır


Qəbələ Musiqi Festivalı.
Qəbələ Musiqi Festivalı.

-

Ölkənin iki səfalı rayonu mühüm tədbirlər astanasındadır.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, Qəbələdə beynəlxalqmusiqi festivalına (25-31 iyul), Şəkidə beynəlxalq şirniyyat festivalına ciddi hazırlıq gedir.

Rayon İcra Hakimiyyətinin, idarə və təşkilatların birgə səyi ilə Qəbələnin küçələrində, park və bağlarında abadlıq işləri görülür, gecə işıqlandırma sistemi qaydaya salınır, şəhərdə səliqə-sahman yaradılır.

Festivalın proqramına uyğun olaraq açıq hava altında keçiriləcək konsertlər üçün səhnə quraşdırılacaq.

Bəzi konsertlər isə «Qafqaz Resort» hotelində keçiriləcək.

İyulun 20-də Şəkidə keçiriləcək ikinci beynəlxalq ənənəvi şirniyyat festivalına Azərbaycanın 21 bölgəsi, eləcə də Türkiyə, Yunanıstan, Rumıniya, Moldova, Rusiya, Qazaxıstan, Özbəkistan, Serbiya, Koreya Respublikası və Şimali Kipr kulinarları milli şirniyyatları ilə qatılacaqlar.

Şirniyyat festivalı «Şəki Olimpik» hoteldə keçiriləcək.

Festival Mədəniyyət və Turizm Nazirliyinin, Şəki Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) təşkilatçılığı ilə baş tutacaq.

XS
SM
MD
LG