Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:18

Mingəçevirdə Tarix Muzeyinin açılışı olacaq


Tarix Muzeyi
Tarix Muzeyi

-
İyulun 15-də Mingəçevirdə Tarix Muzeyinin yeni binasının açılışı olacaq.

Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, muzey gələcəkdə regionun mədəni həyatında əhəmiyyətli rol oynamaqla yanaşı, turizm potensialının genişləndirilməsinə də xidmət edəcək.

Mingəçevir şəhərinin Tarixi Muzeyi 1968-ci il yanvarın 11- də M.Davudova adına Mingəçevir Dram Teatrının binasının bir otağında, 50 eksponatla fəaliyyətə başlayıb. Hazırda muzeydə 15 mindən artıq eksponat var. 1985-ci ildə muzey 9-mərtəbəli yaşayış binasının birinci mərtəbəsində uyğunlaşdırılmış sahəyə köçürülüb və 2013-cü ilədək həmin binada fəaliyyət göstərib.

2013-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin əmri ilə Tarixi Muzey yeni binaya köçürülüb. Nazirlik tərəfindən burada təmir, bərpa, rekonstruksiya işləri aparılıb.

XS
SM
MD
LG