Keçid linkləri

Təcili xəbərlər
2021, 14 İyun, Bazar ertəsi, Bakı vaxtı 09:14

Fransa və Almaniya nazirləri İrana gedir


Laurent Fabius

Fransanın xarici işlər naziri Laurent Fabius İranla nüvə sazişindən sonra Tehrana dəvət olunduğunu deyir.

O iyulun 15-də Fransa radiosuna deyib ki, onu Tehrana iranlı həmkarı Javad Zarif dəvət edib və dəvəti qəbul edib.

Amma Fabius səfərin vaxtını aıqlamayıb.

Həmçinin Reuters agentliyi bu arada Almaniyanın iqtisadiyyat naziri Sigmar Gabrielin iyulun 19-da İrana gedəcəyini xəbər verir.

Nazirliyin mətbuat xidməti səfərin nəzərdə tutulduğunu təsdiqləsə də vaxtını deməkdən imtina edib.

XS
SM
MD
LG