Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:56

"Qarabağ" cempionlar liqasında mübarizəyə başlayır


Foto arxiv
Foto arxiv

Avropa Çempionlar Liqasında II təsnifat mərhələsinin oyunları davam edir.

Azərbaycanın “Qarabağ” klubu iyulun 15-də evdə Monteneqro çempionu “Rudar”ı qəbul edir.

Tarixində ikinci dəfə Çempionlar Liqasında mübarizə aparan Qarabağ klubu ötənilki kimi qrup mərhələsinə çıxmaq fikrindədir.

Ötən mövsüm Avropa Liqasının qrup mərhələsinə kimi irəliləyən komanda çexiyalı hakimin haqsızlığı ucbatından mübarizəni dayandırmalı oldu.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Çempionlar Liqası, II təsnifat mərhələsi.

21:30. “Qarabağ” (Azərbaycan) – “Rudar” (Monteneqro)

Baş hakim: Sebastian Koltesku (Rumıniya)

Tofiq Bəhramov adına Respublika stadionu.

Xatırladaq ki, Ağdam klubu ötən mövsüm mübarizəyə Çempionlar Liqasının ikinci təsnifat mərhələsindən başlayıb.

Həmin vaxt Qarabağın ilk rəqibi Maltanın "Valletta" klubu idi.

"Qarabağ" bu rəqibini səfərdə 1:0, Bakıda isə 4:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə qalxdı.

Üçüncü təsnifat mərhələsində isə Ağdam klubu Avstriyanın "Zalsburq" komandasına uduzaraq (2:1, 0:2), Çempionlar Liqası ilə vidalaşmalı oldu.

Amma qaydaya görə, Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazana bilməyən klublar mübarizəni Avroliqanın eyni mərhələsindən davam etdirə bilərlər.

Qarabağ bu mərhələdə Hollandiyanın "Tvente" klubunu keçərək (evdə 0:0, səfərdə 1:1) tarixində ilk dəfə qrup mərhələsinə çıxdı.

"Qarabağ"ın F qrupundakı rəqibləri isə İtaliyanın "İnter", Fransanın "Saint-Etyen" və Ukraynanın "Dnepr" klubu idi.

Qarabağın Qrup mərhələsində keçirdiyi oyunların nəticələri:

Qarabağ 0-0Saint-Étyen

Milan2-0Qarabağ

Dnipropetrovsk 0-1 Qarabağ

Qarabağ 1-2 Dnipropetrovsk

Saint-Étienne 1-1 Qarabağ

Qarabağ 0-0 Milan

Ötən il iyulun 15-də Tofiq Bəramov adına stadionda keçirilən son və həlledici görüşdə çexiyalı hakimMiroslav Zelinkanın Qarabağın 100 faizli qolunu saymamasına görə Ağdam klubu mübarizəni dayandırmalı oldu.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG