Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:50

Ciyərlərinə kükürd çəkən ramanalılar...


Ramana qəsəbəsi, Arxiv fotosu
Ramana qəsəbəsi, Arxiv fotosu

-

"Yod zavodlarının yaratdığı xəstəliklərdən əziyyət çəkirik", - bini "Qaynar xətt"ə Ramana sakinləri deyir.

Sakinlərin sözlərinə görə, kənddəki yod zavodlarının tullantıları radioaktivdir və bu, birbaşa onların sağlamlığını əllərindən alır. Sağlamlığının qeydinə qalmaq imkanı olanlar buradan köç edir, buna imkanı olmayanlarsa yığışıb ayda bir dəfə müvafiq qurumlara müraciət edirlər.

"KÖRPƏLƏR ŞİKƏTST DOĞULUR"

Sakinlər:

"Bizə deyirlər ki, bundan sonra tullantılar basdırılacaq. Amma hələ ki nə vəsait ayrılıb, nə də layihədən xəbər var. Zavoda yaxın ərazidə yaşayanların vəziyyəti günbəgün ağırlaşır. Biz deyirik ki, sağlamlığımız təhlükədədir, məmurlar deyirlər boş söhbətdir. Müəssisənin ərazisi mühafizə olunmur deyə, təhlükə daha ciddi şəkil alıb. Əraziyə yanmış kükürd boşaldılır, külək də həmin tullantıları evlərə, həyətlərə sovurur. Yay aylarında evlərin qapı-pəncərəsini açmaq mümkün olmur. Zavodun ətrafındakı bütün tullantıların toz-torpağı evlərə dolur. Çünki buradakı evlər az qala zavodlara bitişikdir. Müəssisə ilə yaşayış massivi arasında cəmi 15-20 metr məsafə var. Hər gün kükürd ududuq. Dəfələrlə aidiyyəti üzrə qurumlara şikayət etmişik. Hər dəfə də vəd veriblər ki, düzələcək".

Sakinlərin tələbi budur ki, ya hökumət yod zavodlarının tullantılarını məhv etməyə çarə tapsın, ya da onlara ayrı yerdə evlər tikilsin. Deyirlər, zavodun ətrafında yaşayanların çoxu müxtəlif xəstəliklərdən - əsasən də xərçəngdən əziyyət çəkirlər.

"Hamı təsdiqləyir ki, burada yaşamaq insan orqanizminə çox ziyandır. Uşaqlarımız şikəst olur, müxtəlif tənəffüs xəstəlikləri tapır, ciyərlərimizə zərərli maddələr daxil olur. Bu yerdə insan yaşamaz axı... İndi evlər tikilib, kasıb adamlar özlərinə daxma tikib. Nə etməli? Bizə təcili kömək etsinlər. Vəziyyət gördüyünüzdən də ağırdır. Buralara qonaq gələn adam bir neçə saatdan sonra boğulma, havasızlıq hiss edir”.

MÜTƏXƏSSİS BİR SÖZ DEYİR, MƏMUR BAŞQA SÖZ...

"Özüm qan təzyiqindən əziyyət çəkirəm. Oğlum astma xəstəsidir. Həkimlər deyir, səbəb yaşadığımız ərazidəki ekologiyadır. Mütəxəssis deyir, bu ərazidə güclü şüalanma var, məmur deyir, heç bir narahatçılıq yoxdur".

Ərazidə yaşayanlar əsasən müxtəlif bölgələrdən köçərək burada torpaq sahəsi alıb ev tikənlərdir. Tikilən evlərin sənədi olmadığından ünvan da verilməyib. Kanalizasiya sistemi mövcud deyil. Vəziyyəti daha da ağırlaşdıran amillərdən biri də budur. Tullantı sular yollara axır. Üfunətdən beyin çatlayır. İçməli su isə pulla alınır. Yaşayış massivinə aparan yollardansa danışmağa dəyməz. Olmayan şeyin nəyindən danışasan axı?..

Bir müddət əvvəl bu məsələ ilə bağlı Azərbaycan milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutu mətbuata bildirib ki, Suraxanı və Ramana yod zavodlarında işlənmiş sarbentlərin böyük miqdarı yığılıb. Yod zavodlarının tullantıları radioaktivdir. Ancaq zavodların ərazisi bağlıdır, xüsusi mühafizə sistemi var. Bu səbəbdən Bakıya, əhaliyə ümumi xarakterli təsiri yoxdur. Kömürlərin yığıldığı ərazidən 50 metr aralıda ərazi radiasiya baxımdan təsirsizdir.

XS
SM
MD
LG