Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:09

Fərəc Kərimli həbsdə qaldı


Fərəc Kərimli
Fərəc Kərimli

-

İyulun 14-də Bakı Apellyasiya Məhkəməsində Müsavat başqanının müavini Fərəc Kərimlinin şikayətinə baxılıb. Hakim əvvəlki instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Bu barədə müsavat.com-a onun vəkili Nemət Kərimli məlumat verib:

«Fərəc Kərimlinin Apellyasiya Məhkəməsində son prosesi oldu. Hakim heç bir məsələni araşdırmadı. Azərbaycanda ədalət növbəti dəfə pozuldu. Artıq Apellyasiya Məhkəməsində bu hal adiləşib. Birinci instansiya məhkəməsinin qərarını qüvvədə sanki qanuniləşib. Xüsusilə, siyasi işlərdə bu belədir. Heç bir qiymətləndirmə olmadan qərar qüvvədə saxlanıldı».

Vəkil bundan sonra atacaqları addımlardan da danışdı: «Qərardan kasasiya şikayəti verəcəyik. Ardıcıllıqla Avropa Məhkəməsinə qədər getmək niyyətindəyik».

N.Kərimli onu da qeyd etdi ki, başqan müavini məhkəmədə son söz deməkdən imtina edib.

Fərəc Kərimli ötən il iyulun 23-də həbs edilib. Ona Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma, daşıma) maddəsi ilə ittiham elan olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə o, 6 il yarım azadlıqdan məhrum edilib. Yerli və beynəlxalq hüquq təşkilatları onu vicdan məhbusu kimi tanıyır.

XS
SM
MD
LG