Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:41

Müdafiə Nazirliyi Pentaqonla əlaqələri bərpa edir


Bakıda Azərbaycan-ABŞ hərbi təlimləri - 2009
Bakıda Azərbaycan-ABŞ hərbi təlimləri - 2009

-

Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov ABŞ-ın hərbi attaşesini Müdafiə Nazirliyinə dəvət edərək onunla fikir mübadiləsi aparıb və hərbi əməkdaşlıq sahəsində yaranmış soyuqluqdan təəssüfləndiyini dilə gətirib.

Müdafiə Nazirliyi mətbuat xidmətinin yaydığı məlumatda daha sonra deyilir:

«Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi indən belə hərbi əməkdaşlıq planlarına Dövlət Departamenti rəsmi şəxslərinin mane olmaq cəhdlərinin təkrarlanmayacağına ümidini ifadə edib…

General-polkovnik N.Sadıkov qeyd edib ki, Dövlət Departamenti ölkəmizə qarşı ikili standartlı siyasət yürütsə də, biz NATO-nun etibarlı tərəfdaşıyıq və Əfqanıstanda bizə həvalə olunmuş missiyanı uğurla yerinə yetiririk».

Danışıqların sonunda N.Sadıkov Azərbaycan Müdafiə Nazirliyinin Pentaqon və NATO ilə hərbi əməkdaşlığı davam etdirməyə, hərbi qurumlar arasında etibarın tam bərpasına hazır olduğunu söyləyib.

XS
SM
MD
LG