Keçid linkləri

2024, 12 Oktyabr, şənbə, Bakı vaxtı 16:26

İpoteka sevinci… hələ ki xəbəri gəlir


Foto illüstrasiya
Foto illüstrasiya

-

Azərbaycanın dövlət büdcəsindən ipoteka kreditləşməsinə əlavə 200 milyon manatın ayrılması daşınmaz əmlak bazarında fəallığın artmasına və tikinti sektorunun inkişafına səbəb olacaq.

Bunu Trend-ə «MBA Group» konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında verdiyi bəyanatı şərh edərkən deyib.

Onun qənaətincə, ipoteka kreditləşməsi daşınmaz əmlak bazarının sabitləşməsində vacib rol oynayır: «2008-2009-cu illərdə daşınmaz əmlak bazarı böhran vəziyyətində olub, 2009-cu ildə isə məhz ipoteka kreditləşməsinin bərpa edilməsi sayəsində canlandı. Hazırda bazar ən passiv dövrünü yaşayır, buna görə də əlavə maliyyələşdirmə bazarda aktivliyi artıracaq ki, bu da tikinti bazarının inkişafına gətirib çıxaracaq».

BANK SEKTORUNU DAHA AĞIR SINAQLAR GÖZLƏYİR

«Yeni Müsavat» qəzeti yazır ki, Mərkəzi Bankın uçot dərəcəsini endirmə qərarı bu dəfə də kredit faizlərini ucuzlaşdırmayacaq... Kreditlərin piştaxta altından verilməsi adi hala çevriləcək.

İqtisadçıların fikrincə, hazırda Mərkəzi Bank tərəfindən kredit təşkilatlarının kreditləşdirilməsinə dair heç bir normativ hüquqi akt yoxdur.

«Mərkəzi Bank son illər mərkəzləşdirilmiş kreditlərin həcmini artırır. 2015-ci ilin 5 ayında belə kreditlər 3.2 milyarddan 4.2 milyard manata yüksəlib. Bu müddətdə ümumi kredit qoyuluşunda mərkəzləşdirilmiş kreditlərin payı 17 faizdən 21 faizə çatıb. Bazara təsir etmək üçün kifayət qədər yüksək paydır. Ancaq təsir yox dərəcəsindədir. Çünki heç də bütün banklar bu kreditlərdən yararlana bilmir» - iqtisadçı Samir Əliyev bildirir.

Foto illüstrasiya
Foto illüstrasiya

UN BAHALAŞIB

«Bizim yol» yazır ki, Azərbaycanda un bahalaşıb, qiymətdə təxminən 10 faizdən çox artım müşahidə olunub: «Çörəkbişirmə ilə məşğul olan sahibkarlar əvvəllər 16 manata aldıqları 50 kiloqramlıq un kisəsini indi 17.8-17.9 manata əldə edirlər.

Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov «Bizim Yol»a bildirib ki, taxıl biçini mövsümündə unun qiymətinin artması əmtəəlik buğdanın az olacağından xəbər verir:

«Normal halda mövsümdə unun qiyməti enməli idi».

Mütəxəssis əlavə edir ki, Ukrayna bir həftə əvvəl əla növ unun 1 tonunu xaricə 220-225 dollara təklif etdiyi halda, indi 205-215 dollara satır: «Azərbaycanda isə un istehlakçılara dünya bazarında mövcud olan qiymətlərdən 60 faiz baha, 340 dollara təklif olunur».

V.Məhərrəmov qiymətlərin baha olmasını inhisarla əlaqələndirir: «Azərbaycanda un istehsalı, idxalı və topdan satışı inhisardadır».

KÜÇƏDƏ ÖPÜŞƏNLƏRİN ƏXLAQI

lent.az-da yayımlanan eyniadlı məqalənin müəllifi Sevda Sultanova yazır ki, əxlaq dəyişkən anlayışdır: zamanına, məkanına, motivinə görə:

Foto illüstrasiya
Foto illüstrasiya

«Müəllimin şagirddən, tələbədən rüşvət alıb qiymət yazması, həkimin yalnız yüksək qiymət müqabilində xəstəni əməliyyat etməyə razı olması əxlaqsızlıq hesab olunmursa, onda niyə adi yaşam şərtləri olmayan yeniyetmənin oğurluğu əxlaqsızlıq sayılsın?

20 yaşlı qız ailəsini tərk edir, evdə yaşadığı şərtlər onu qane eləmir, o, başqa cür yaşamaq istəyir. Polis orqanları onun itkin düşməsini elan edir, telexəbərlərdə bu haqda süjet verilir, el-oba qınayır.

Hamının ağlına gələn ilk fikir budur ki, evdən gedibsə, mütləq əxlaqsızdır, fahişəliklə məşğul olacaq. Və polis o qızın hüququnu tanımadan tapıb ailəsinə təslim edir.

Seksi açıq və ifadəli təsvirinə görə uzun müddət qadağan edilən, indi isə 100 ən yaxşı romandan biri saylan «Xərçəng tropiki» əsərinin müəllifi, amerikalı yazıçı Henry Miller-in sözləri günümüzdə hələ də aktualdır: «Seks, ondan yazmaq əxlaqsızlıq deyil, əxlaqsız olan müharibədir».

XS
SM
MD
LG