Keçid linkləri

2024, 13 Oktyabr, bazar, Bakı vaxtı 21:41

Elman Rüstəmov: maksumum 29 faiz


Qafqazinfo”ya daxil olan məlumata görə, baş bankirin bank rəhbərlərinə verdiyi tövsiyələrdən biri də istehlak kreditlərinin faizinin aşağı salınması ilə bağlı olub. E. Rüstəmov təklif edib ki, istehlak kreditləri üçün maksimum 29 faiz təyin edilsin.

Qeyd edək ki, artıq bir neçə ildir ki, ölkədə kredit faizlərinin yüksək olması barədə kütləvi narazılıq var. Ölkə başçısı, parlament rəhbərliyi, millət vəkilləri səviyyəsində məsələyə ciddi etirazlar edilib. Manatın devalvasiyasından sonra isə kredit faizləri əhaliyə fantastik həddə təklif edilir. Eyni zamanda kreditlərin ödənilməsi ilə bağlı ciddi problemləri yaranıb.

Hətta bir neçə gün bundan əvvəl Bərdə rayon sakini 23 yaşlı Elşad Dadaşovun kredit borcunu ödəyə bilmədiyi üçün intihar etməsi ölkə mediasında ciddi müzakirə edilmişdi. Mərkəzi Bank bunu təkzib etsə də, bu inandırıcı təsir bağışlamırdı. İctimaiyyət arasında dövlət tərəfindən kredit borclarının silinməsi ilə bağlı yayılan şayələr də onu göstərirdi ki, hazırda əhali ən çox kredit borcundan əziyyət çəkir. Xatırladaq ki, Mərkəzi Bank 3 milyon yarımdan çox insanın banklara borclu olduğunu bildirib. Bu, sayı təxminən 9 milyon 500 min olan əhalinin 26 faizdən çoxu deməkdir. Yəni Azərbaycanda hər 4 nəfərdən birinin kredit borcu var.

Belə olan halda istehlak krediti faizlərinin maksimum 29 faiz olmasının əhaliyə və bank sektoruna hansı təsirlərinin olacağı ilə iqtisadçı ekspert Samir Əliyev “Qafqazinfo”ya danışıb. O qeyd edib ki, ölkədə kredit faizlərinin yüksək olması hər kəsə bəllidir: “Xüsusilə də, manatın devalvasiyasından sonra manatla verilən kreditlərin faizində yüksək artım müşahidə olundu. Banklar manat qıtlığı ilə üzləşdi və buna görə də kreditləri dollarla təklif etdilər. Manat kreditinə tələbatın artması, dollara isə azalması faiz dərəcələri arasında kəskin fərq yaratdı. Manat kreditinin faizi 30-u da keçdi və bəzi bank olmayan kredit təşkilatlarında bu rəqəm 35-40 faiz arasında dəyişdi. Dollar kreditləri isə 22-24 faizlə təklif edildi. Bunun ardaınca Mərkəzi Bankın komisyon haqlarının 1 faizə endirməsi ilə bağlı verdiyi qərardan sonra manat kreditlərinin faizi daha da bahalaşdı. Nəzərə alsaq ki, istehlak kreditləri ilə ixtisaslaşmış banklarda komisyon haqları 7-8 faizdən çox olub. Komissiya haqlarının bir faizə salınması ona gətirib çıxardı ki, banklar komisyon haqların itirdiyi pulu faizlərlə kompensasiya etdilər. Bu da kredit faizlərini daha da bahalaşdırdı. Ona görə də Mərkəzi Bank inzibati yolla bankları məcbur etdi ki kredit faizlərini aşağı salsın və bu rəqəm maksimum 29 faiz olsun”.

XS
SM
MD
LG