Keçid linkləri

2017, 28 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 17:00

-

Nihad Qulamzadə

Öldür yarpaqları



Külək...

yarpaqları yuxudan ayıldır

sanki...

Amma onlar ölüb,

İnanmıram oyana.

Ölən yarpaqları firladır külək,

o yana-bu yana...

Ölülər...

Necə gözəl olur çox olanda

Öldür külək!

Öldür, yarpaqları...

Onlar öləndə gözəldi

Amma qoyma qala ağac altında,

Apar onları uzağa

Qoy görməsin ağac

Ölən yarpaqlarını...

Günün bütün mövzuları

XS
SM
MD
LG