Keçid linkləri

2024, 06 Oktyabr, bazar, Bakı vaxtı 11:26

Serbiyanın baş naziri daşlanıb- [video]


Serbiyanın baş nazirini daşlayıblar
Gözlə

No media source currently available

0:00 0:02:22 0:00

Serbiyanın baş nazirini daşlayıblar

-

Srebrenitsa qətliamın 20-ci ildönümündə iştirak edən Serbiyanın baş naziri Alexander Vucic daşlanıb. Etirazçılar onu fitə basıb və daşa tutub. Baş nazir mərasimin keçirildiyi ərazidən çıxmalı olub.

Əvvəllər serbiyalı millətçi olmuş Vucic 1990-cı illərdə Slobodan Miloseviçin hakimiyyətində təmsil olunub.

Mərasimdə ABŞ-ın keçmiş prezidenti Bill Clinton, Türkiyənin baş naziri Ahmed Davudoğlu iştirak edib.

20 il əvvəl Srebrenitsa qətliamında 8 min bosniyalı qətlə yetirilmişdi. Bu, Avropada 2-ci Dünya Müharibəsindən sonra baş verən ən böyük qətliam sayılır.

Birləşmiş Millətlər Təşkilatının nəzarətində olan Srebrenitsa şəhəri 1995-ci ilin iyul ayında Radko Mladiçin rəhbərlik etdiyi bosniyalı serblərin nəzarətinə verilmişdi. Serblrə də kişiləri ayırıb qətlə yetirmişdi.

XS
SM
MD
LG