Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 00:00

2007-ci ildən aksiz vergisinə cəlb olunan malların siyahısı genişləndiriləcək


Vergilər naziri Fazil Məmmədov Vergi Məcəlləsinə 84 əlavə və dəyişikliyin edilməsini təklif etdiklərini deyir. Onun sözlərinə görə, bu dəyişikliklərdən 19-u vergi siyasətinin təkmilləşdirilməsi, 29-u vergi inzibatçılığının müasirləşdirilməsi, 17-si vergi nəzarətinin səmərəliliyinin artırılması, 19-u isə redaktə xarakterlidir.
Cənab Məmmədov bildirib ki, 2007-ci ildən aksiz vergisinə cəlb olunan malların siyahısı genişləndiriləcək, minik avtomobilləri, istirahət və idman yaxtaları da aksiz vergisi tutulan mallar sırasına daxil ediləcək. Bundan başqa, mənzil tikintisi ilə məşğul olan hüquqi və fiziki şəxslərdən vergilərin yığılmasının səmərəliliyinin artırılması üçün mənfəət və əmlak vergisi əvəzinə, tikintinin aparıldığı yerin əmsalı nəzərə alınmaqla, konkret dərəcə ilə sadələşdirilmiş vergiyə cəlb etmək təklif olunur.
XS
SM
MD
LG