Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:31

Suriyada aviazərbələrdən 28 nəfər ölüb


-

Suriya hökuməti İŞİD-çilərin nəzarətində olan əl-Bab şəhərinə aviazərbələr endirib. Nəticədə azı 28 nəfər ölüb.

Böyük Britaniyada yerləşən Suriya insan haqları təşkilatı bildirir ki, ölənlərdən 19 nəfəri mülki vətəndaşdır, onların arasında uşaq və qadınlar da var. Onlarla şəhər sakini yaralanıb.

Şahidlərin sözlərinə görə, hərbi helikopterlər evlərə və küçələrə partlayıcı qurğu olan metal çəllək və konteynerlər atıblar.
Hökumət İŞİD nəzarətində olan bu şəhəri tez-tez aviazərbə endirir və ya silahlı hücumlar edir.
Mayda bu şəhərdə aviareydlər və atışmalar nəticəsində 50-dən artıq insan ölüb.

XS
SM
MD
LG